“Vətən müharibəsi zamanı Azərbaycanın şəhər və rayon ərazilərinə ümumilikdə təxminən 29 100 mərmi və 227 raket atılıb”.
Bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ilə yanaşı birbaşa mülki şəxslərin qətlə yetirilməsi, xüsusi ilə külli miqdarda əmlaklara ziyan vurulması məqsədi ilə Bərdə, Ağcabədi, Goranboy və s. rayonları da hədəfə alınıb.