Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.
bizimaz.az Bu bardədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
Yanğınla əlaqədar ətrafı qara tüstü bürüyüb.
Qeyd edək ki, dünən Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) işlənmiş avtomobil şinləri yanmışdı.