Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən,
Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası
Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.
Bu məqsədlə iclasda növbəti il üçün
Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.