"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşəcəyəm".
Bu barədə Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan görüşə razılıq verib: "Biz həmişə vurğulayırıq ki, məntiqli və substantiv danışıqlar olmalıdır.
Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlərin bu istiqamətdə danışıqları davam etdirəcəyi gözlənilir".