Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası davam edir.
bizimaz..az xəbər verir kİ, bu gün Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb ilə aksiyanın 36-cı günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları mübarizəni davam etdirir. Ənənəvi olaraq İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Hər iki istiqamətdə Azərbaycan bayrağı dalğalanır.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı üç dildə (Azərbaycan, rus və ingilis dillərində) plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
İsmayıl Alısoy