Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
BŞİH-nin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib. İşıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun hazırlıqla bağlı çəkdiyi fotoları təqdim edirik: