Xəbər lenti


Bakıda "Qarabağa azadlıq" adı altında mitinq keçirilib.
BizimAz.az:mitinq iştirakçıları Yasamal rayonundakı "Məhsul" stadionuna toplaşıblar. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır. 

Mitinq çıxışlarla davam edib. "Qarabağa azadlıq" mitinqində iştirak edənlərin sayı təxminən 2 min nəfərə yaxın olub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov