![]() |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq etdi.
Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon polis şöbəsinin rəisi polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
2018-ci ildə Bakı şəhərinin səkkiz rayonunun, habelə ölkənin altı rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.
2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) islahatlar tək kadrlar üzrə yox, yaradıcılıq və texniki qaydalar üzrə də davam etdirilir.
Dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib.