Xəbər lenti



Dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib.

 

Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, nəşrin İnstaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu paylaşıb.

“Elmira Allahverdiyeva – 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib”, - foto İnstaqram izləyicilərinə bu sözlərlə təqdim edilib.

Xocalı soyqırımı zamanı Elmira Allahverdiyevanın həyat yoldaşı, qardaşları, ata və anası qəddarlıqla qətlə yetirilib. Onun 25 qohumunun adı hələ də itkin düşən insanlar siyahısındadır.

Qeyd edək ki, hesabın soydaşımız barədə paylaşımı qısa zaman ərzində 39 min dəfədən çox bəyənilib. Hesabın izləyici sayı isə təxminən 100 milyona yaxındır.

Bunun ardınca erməni sosial şəbəkə istifadəçiləri nəşri tənqid etməyə, “Sumqayıt hadisələri”nə diqqət ayırmamaqla ayrı-seçkiliyə yol verməkdə suçlamağa cəhd ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov