Xəbər lenti

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon polis şöbəsinin rəisi polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

 

Bizimaz.az bildirir ki, Report-un xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd Lənkəran sakinləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DİN-ə ünvanlanan təklif və müraciətlərin yerində araşdırılması, habelə vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi olub.

Görüşdə vətəndaşlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin effektivliyi, Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralananların sayının kəskin azalmasının bunun bariz nümunəsi olması izah edilib.

Əsaslı və əsassız müraciətlər barədə polis tərəfindən verilən izahatlardan razılıq edən vətəndaşlar DİN rəhbərliyinə öz təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov