May ayının 3-də saat 8:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant (42 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində sıra baxışı keçiriləcək.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.
Aprelin 29-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.
Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının Baş Nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç Buriç birgə mətbuat konfransı keçirib.