Xəbər lenti



Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.

 

Bizimaz.az: BŞTİ-dən "Yeni Sabah"a verilən məlumata görə, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb.

Beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

Qeyd edək ki, yarışda ümumilikdə, 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.

Onu da qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var. Azərbaycanı təmsil edən məktəblilər yarışda 3 qızıl, 1 gümüş medal qazanıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov