Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Bakı Dövlət Universiteti Tarix fakültəsinin Arxeoloji və etnoqrafik tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru, professor Arif Mustafayev dünyasını dəyişib.
Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış edib.
"Palmali" Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov son günlərdə sosail şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına münasibət bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. Elə həmin ildə UNESCO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul etdi. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas səbəbi isə həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi digər məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır. Kitab sevənlər, bayramınız mübarək!