Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının Baş Nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç Buriç birgə mətbuat konfransı keçirib.
Bizimaz.az xəbər verir ki, Elmar Məmmədyarov konfransdan əvvəl Mariya Peyçinoviç Buriç ilə görüş zamanı enerji məsələləri, nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyib.
Nazir bildirib ki, artıq Xorvatiya səfirliyi Azərbaycanda tam şəkildə fəaliyyətə başlayacaq.
Elmar Məmmədyarov qeyd edib ki, Xorvatiyanın Dağlıq Qarabağ mövqeyi aydındır:
“Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və BMT-nin dörd qətnaməsi çərçivəsində məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır”.
Mariya Peyçinoviç Buriç qeyd edib ki, müxtəlif strateji layihələrlə bağlı məsələlər də müzakirə edilib:
“Düşünürəm ki, bu, Xorvatiya və Azərbaycan üçün önəmli layihələrdir. Növbəti görüşlərdə layihə barədə daha aydın məsələlər müzakirə ediləcək və ticarət dövriyyəsi ilə bağlı daha müsbət rəqəmlər olacaq.
Çalışırıq ki, iqtisadi əməkdaşlığı artıraq. İstərdim ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı yeni sazişlə bağlı dəstəyimizi bildirək”.
Xorvatiyalı nazir bu gün Azərbaycanda Xorvatiya səfirliyinin açılışının olacağını vurğulayıb.
“Yaxın zamanlarda Xorvatiyanın Azərbaycandakı səfiri təyin olacaq. Bu həm də xalqlar arasındakı iqtisadi, siyasi məsələrə kömək edəcək”, - deyə Mariya Peyçinoviç Buriç qeyd edib.