ABŞ-Azərbaycan Ticarət Palatası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən mənzil-qərargahında ABŞ-da yaşayan azərbaycanlı və türk iş adamlarının görüşü keçirilib.
Azərtac-ın xəbərinə görə, görüşün keçirilməsinin əsas məqsədi ABŞ-da yaşayan iki icmanın biznes nümayəndələrinin qarşılıqlı əlaqələrinin təşviq edilməsi və gələcək birgə layihələr üçün zəminin yaradılması olub.
Tədbirdə paytaxt Vaşinqtonda, Virciniya və Merilənd ştatlarında, Nyu York və Çikaqo şəhərlərində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Görüşdə çıxış edən palatanın icraçı direktoru Natiq Baxışov bu kimi tədbirlərin iki icmanın biznes nümayəndələrinin bir araya gəlmələri üçün önəmli olduğunu vurğulayıb.