Dəfələrlə Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı bir neçə dəfə parlamentdə məsələ də qaldırıblar. Belə ki, onlar yol polisinin deputatın maşınını saxlamasından, onları tanımamasından və millət vəkillərinə qarşı qeyri-mədəni davranışlarından gileyləniblər.
Maraqlıdır, deputatlar necə, yol-hərəkəti qaydalarına əməl edirlərmi? Onlar işıqforun qırmızı işığından keçmək və sürət həddini aşmaq kimi inzibati xəta törədiblər? Ümumiyyətlə, deputat olduqları müddətdə hansı qayda pozuntularına yol veriblər?