“Mövlud Çavuşoğlunun və nümayəndə heyətinin Azərbaycana səfəri bizim üçün Türkiyənin dəstəyini bir daha hiss etdirir”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O türkiyəli həmkarının Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirib:
“Hər zaman sizin Azərbaycana səfəriniz bizim üçün həmrəyliyin bariz nümunəsidir. Xüsusilə mövcud vəziyyətdə Türkiyənin bizim yanımızda olması xüsusilə xoşdur. Ermənistanın Azərbaycana olan təxribatları zamanı biz Türk xalqının hərtərəfli dəstəyini görüb, hiss etdik. Bunun üçün Türkiyə xalqına və Türkiyə Respublikasına minnətdarlığımızı bildiririk”.