Xalq artisti, biznesmen Emin Ağalarov 2 milyonluq “İnstagram” hesabında Azərbaycanla bağlı həqiqətləri izləyicilərinə çatdırmaqda davam edir.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, ifaçı 1990-cı illərə aid olan Qarabağda çəkilmiş arxiv videonu paylaşaraq belə şərh verib:
“Hörmətli izləyicilər! İndi mediada və sosial şəbəkələrdə Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çox müxtəlif məlumatlar və fərziyyələr var.
Bu videoda bu münaqişənin həqiqətlərini və tarixini, habelə bugünkü vəziyyət barədə məlumatları sizinlə bölüşmək istəyirəm”.
BAKU.WS