Xəbər lenti



"Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri  olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi 17 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Prezidentinin verdiyi müsahibə ilə əlaqədar KİV-in sualına cavabında bildirib.

“Müsahibədə, Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilib. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.

Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.

Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.

Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı “böyük səhv” və hətta “intihar” kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır”, - deyə məlumatda qeyd olunub.

 

 

 


İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Təhsil Nazirliyindən bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Allah rəhmət eləsin!



Ermənilər "Wargonzo"nun təxribatçı jurnalisti Semyon Peqovu təhdid edirlr.

Sosial şəbəkələrdə Peqovla bağlı paylaşım edən ermənilər onun müharibə dövründə Ermənistan xalqını aldatdığını bildirirlər.

"Biz səni unutmamışıq, Peqov! Bir ay bizi axmaq yerinə qoydun" ,- deyə erməni istifadəçilərdən biri yazıb.

Ardını oxu...



Maştağa Bələdiyyəsinin bu günü

 

Redaksiyamıza Sabuncu rayon Maştağa qəsəbəsinin sakinləri Bələdiyyənin girişindəki antisanitariya vəziyyəti ilə  bağlı şəkillər göndəriblər.Sakinlər bildirir ki,bələdiyyənin giriş hissəsi zibillə doludur.Görəsən belə vəziyyətdə kimə şikayət edək,bələdiyyədən bələdiyyəyə?

 


Qeyd edək ki, Maştağa bələdiyyəsi 12 dekabr 1999-cu ildə yaradılmışdır. Bu günə kimi 4 dəfə bələdiyyə seçkiləri keçirilmişdir. 2014-cü ililin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində 15 nəfər bələdiyyə üzvü seçilmişdir. Hal-hazırda bələdiyyənin rəhbəri göstərilməklə Maştağa bələdiyyəsi aşağıdakı üzvlərdən ibarətdir:

 

1. Qurbanov İlqar Nəriman oğlu

2. Qədirov AğaNəcəf Məmməd oğlu

3. Abdullayev Ağazakir Mirqəni oğlu

4. Ələsgərova Aytən Aydın qızı

5. Məmmədov Mikayıl İbrahim oğlu

6. Quliyeva Fatimə Surxay qızı

7. Soltanov kamal Soltanəli oğlu

8. Kamilov Cavid Ağa Fazil oğlu

9. Əliyev Niyazi Hüseynbala oğlu

10. Hüseynova Ramilə Əsəd qızı

11. Quliyev Mirabas Firudin oğlu

12. Mədətov Əlihüseyn  Malik oğlu

13. İmanov Ehtiram Bəyalı oğlu

14. Seyidzadə Nailə Eldar qızı

15. Əliyeva Aytən Məmmədağa qızı 

 

Maştağa bələdiyyəsi sədri Məmmədov Mikayıl Kiçikağa oğludur.Sakinlər deyir ki,əsas işi burada Ağanəcəf Qədirovla Ağazakir Abdullayev görür.

Ətraflı gələn sayımızda.

Bizimaz.az



Laçın - Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov