Xəbər lenti



İkinci Qarabağ müharibəsində döyüşən idmançılarımızla bağlı statistika açıqlanıb.

 

Əməkdar jurnalist, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevin açıqlamasına görə, 478 idmançımız döyüşüb. Onlardan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, iki idmançımız isə itkin düşüb.

Bizimaz.az bildirir ki, Qabil Mehdiyevin Oxu.Az-a verdiyi məlumata görə, itkin düşən idmançılar kyokuşin karate növü ilə məşğul olanlar imiş. Bunlar Vəliəhəd Vəliyev və Amil Hüseynovdur.

Artıq Lənkəranın Bala Şürük kəndindən olan leytenant Vəliəhəd Vəliyevin sağ olduğu müəyyənləşib. Halbuki ötən ayın əvvəllərindən onun şəhid olduğu və ya itkin düşdüyü ehtimal edilirdi. Belə ki, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumata görə, 22 yaşlı Vəliəhəd dünən Azərbaycana qaytarılan 12 əsir arasında olub.

 

Qeyd edək ki, bundan başqa, dörd idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb. Yaralanan jurnalist Şuşanın alınması uğrunda gedən döyüşlərdə qazi olmuş Daşqın Əzizovdur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov