Xəbər lenti

 

“Bu günümə çox şükür! Çox sevincliyəm, həyəcanlıyam. Bu gün oğlum özü zəng elədi”.

 

Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşən Bayram Kərimovun anası Zülfiyyə Kərimova bildirib.

O qeyd edib ki, oğlu onunla danışıb:

“Mənimlə, həyat yoldaşı ilə danışdı. Onun ad gününü təbrik etdi. Oğlu ilə danışdı. Səhhəti yaxşıdır. Tez zamanda evimizə gələcək. Qovuşacağıq. Allah hamıdan razı olsun.

Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, mənim balamı əsirlikdən xilas etdi. Ona da, Mehriban xanıma da çox təşəkkür edirəm. Allah hər ikisindən razı olsun”.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov