Şuşa şəhərində ilk dəfə olaraq Azərbaycan bankının ekvayrinq şəbəkəsi ilə nağdsız ödəniş imkanı yaradılıb. Şuşada ilk POS terminalı Azərbaycan Beynəlxalq Bankı quraşdırıb.
Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarında səfərdə olublar.