Xəbər lenti



Gənc qızın ölümünə görə təhsil naziri işdən çıxarıldı. 
 
Bizimaz.az: Moderator.az xəbər verir ki, Rumıniyada bir gənc qızın qaçırlaraq öldürülməsindən sonra hökumət böhran yaşayır. Daxili işlər naziri Nikolae Moqa və Təhlükəsizlik müdiri İoan Budanın ardınca təhsil naziri Yekatirina Andronesku da vəzifəsindən azad edilib.  
 
15 yaşlı Aleksandra Maqesanu Karakal şəhərində qaçırılaraq öldürülüb. Təhsil naziri Y.Andronseku televiziya kanallarından birində hadisəyə münasibət bildirərkən deyib ki, gənc qız yad adamların maşınına minməli deyildi. 
 
Baş nazir V.Danlika isə təhsil nazirinin bu açıqlamasını pisləyib. Evinə gedərkən öldürülən gənc qızın həmin vaxt üç dəfə polisə zəng vurduğu və polisin əraziyə gec getdiyi ortaya çıxıb. Həbs edilən 65 yaşlı qatil isə bir neçə ay öncə 18 yaşlı Luiza Melenkuyu da öldürdüyünü etiraf edib. 
 
 

 

 
 
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov