BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri artırmağa çağırıb.
Bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin qurumun rəsmi saytında yerləşdirilən bəyanatında bildirilib.
"Baş katib
ATƏT-in
Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial gərginliyin qarşısını almağa və
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri artırmağa çağıran bəyanatına qoşulduğunu bəyan edib", - deyə bəyanatda vurğulanıb.