Xəbər lenti

Şri Lanka hökuməti ölkədə baş verən terror hücumlarının bir qədər əvvəl Yeni Zelandiyada törədilən terakta cavab olaraq yerli ekstremistlər tərəfindən təşkil olunduğunu hesab edir.

 

Bizimaz.az  xəbər verir ki, bu barədə Müdafiə və Kütləvi İnformasiya Vasitələri naziri Ruvan Viyevarden danışıb.

Nazir teraktla bağlı aparılan ilkin araşdırmanın nəticəsi olaraq bu qənaətə gəldiklərini açıqlayıb.

Bazar günü Şri Lankada 8 terakt baş verib. Teraktlar ölkənin 4 şəhərində baş tutub. Terrorçular əsas hədəf kimi kilsə və otelləri seçiblər.

Teraktlarda ümumilikdə 310 nəfər ölüb.

Xatırladaq ki, Yeni Zelandiyada məscidə hücum edən silahlı şəxs 49 nəfəri qətlə yetirmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov