Xəbər lenti

Pakistan-Hindistan sərhədində hərəkətli dəqiqələr: BÜTÜN DÜNYA İZLƏYİR - FOTO
 

Pakistan rəsmiləri əsir götürülən hind pilotu Hindistan sərhədinə gətiriblər.

Bizimaz.az xəbər verir ki, bu haqda “The Associated Press” agentliyi bildirib.

Pilotun qısa müddətdə ölkəsinə qaytarılması gözlənilir.

Daha əvvəl Pakistan prezidenti İmran Xan sülh göstəricisi olaraq hind pilotun ölkəsinə qaytarılacağını açıqlayıb. Digər tərəfdən, Pakistan gərginlikdən sonra bağladığı hava məkanını qismən açıb.

Qeyd edək ki, nüvə silahına malik iki ölkə arasındakı gərginlik son günlər artıb. Fevralın 27-də Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsini məhv edib. Pakistan hərbçiləri pilotlardan birini əsir götürüblər.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov