Xəbər lenti

Putin “Sputnik V” peyvəndi vurdurduğunu açıqladı

 

Rusiya Prezidenti Vladimir Putin ölkə istehsalı “Sputnik V” vaksini ilə peyvənd olunub.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə Putin “Birbaşa xətt”də jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

“İlk saatlarda heç nə hiss etmədim, dörd saatdan sonra inyeksiya yerində həssaslıq yarandı. İkinci dozadan sonra temperaturum 37.2 dərəcəyə qalxdı. Yatdım, oyananda 36.6 dərəcə idi”, - deyə Rusiya lideri bildirib.

V. Putin koronavirusa qarşı hansı vaksinlə peyvənd olunması ilə bağlı bu günə qədər niyə rəsmi məlumat verilmədiyini belə şərh edib: “Bir peyvəndin digərlərinə qarşı hər hansı bir rəqabət üstünlüyü yaratmaq istəmədim”.

O, sosial şəbəkələrə vaksinasiyadan keçməsinə dair görüntülər yerləşdirməyin heç bir mənası olmadığını vurğulayıb.

“Və bunu qola deyil, başqa bir yerə vursaydılar, yenə də göstərmək lazım idi?”, - deyə Vladimir Putin sözlərinə əlavə edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov