Xəbər lenti

 

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin altı səfiri geri çağırıb.

 

Bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısının imzaladığı sərəncamlarla Ukraynanın Səudiyyə Ərəbistanı, Oman Sultanlığı və Yəmən Respublikasındakı, Tayland Krallığı, Laos Xalq Demokratik Respublikası və Myanma Respublikasındakı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığındakı, Niderland Krallığındakı, İraq Respublikasındakı, Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb və vəzifələrindən azad olunub. 

Bundan əlavə Ukrayna prezidenti ölkənin bir sıra benəlxalq təşkilatlarda, o cümlədən BMTdəki daimi nümayəndələrini əvəzləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov