Xəbər lenti


Polşanın paytaxtı Varşavada əmək haqqının artırılmasını və pensiya təminatı sisteminin dəyişdirilməsini tələb edən polislər etiraz aksiyası keçirirlər. Aksiyaya Polşanın müxtəlif ərazilərində xidmət edən polislər və xilasedicilər də qatılıb.
 Bizimaz.az:  etiraz edən polislər həm də illik indeksləşmə və sutka ərzində rəsmi iş saatından əlavə xidmət göstədiklərində onlara verilən pulun az olmasından şikayətlənirlər. Aksiyaçılar Polşada polis çatışmazlığının ləğv edilməsini də istəyirlər. 

Varşavanın mərkəzi meydanına toplaşan minlərlə etirazçı polis əllərində tutduqları plakatlarda “Bayram günlərində də gecə və gündüz işləyirik, amma əvəzində hökumətdən heç bir kömək görmürük”, “Bizi dilənçiyə çevirməyin” ifadələri yazılıb. 

Etiraz aksiyasının təşkilatçıları bildirib ki, hətta bir neçə həftədir polislər yol hərəkət qaydalarını pozan sürücülərə qanunla nəzərdə tutulan cərimə yazmaq əvəzinə şifahi xəbərdarlıqla kifayətləniblər ki, dövlət büdcəsinə az gəlir getsin və nəticədə, hökumətin diqqətini polislərin maliyyələşdirilməsi probleminə yönəldə bilsinlər. 

Etirazçı polislər Polşa baş nazirinin iqamətgahı önünə toplaşaraq şikayət və tələblərinin əks olunduğu məktub təqdim edəcəklərini bildiriblər. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov