Xəbər lenti


Nasizmin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.
Bizimaz.az: erməni KİV-nə istinadən xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin İrəvandakı filialında “Ermənistan-Rusiya hərbi qardaşlığı: dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin belə deyib. 

Tarixə nəzər salan Kopırkin, İkinci Dünya Müharibəsinin ən ağır və Cənubi Qafqazın taleyini həll edərək bölgədəki respublikaların faşistlər tərəfindən işğalının qarşısını alan Stalinqrad döyüşünü xatırladıb. Faşistlər üzərində qələbədə bu döyüşün böyük əhəmiyyət daşıdığını və Cənubi Qafqaz ölkələri vətəndaşlarının da qələbəyə ciddi töhfə verdiklərini deyən rusiyalı səfir, bu mənada ermənilərin və rəsmi İrəvanın nasizmi dəstəkləməsinə eyham vuraraq tənqid ünvanlayıb. 

Rusiyalı səfir bildirib ki, “Sovet İttifaqının xilaskar döyüşçülərinin əldə etdikləri nailiyyətləri itirməmək üçün səylər birləşdirilməli və tarixin saxtalaşdırılması, o cümlədən də nasizmin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.” 

Qeyd edək ki, Ermənistanın əvvəlki hökuməti tərəfindən paytaxtı İrəvanda İkinci Dünya Müharibəsi illərində faşistlərlə əməkdaşlıq edərək SSRİ-yə qarşı vuruşan erməni cinayətkar, yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıq göstərən Qaregin Njdeyə (əsl adı Qaregin Ter-Arutyunyan) abidə ucaldılıb. Alman faşist “SS” generalı Qaregin Njde və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, həmçinin, ASALA terrorçusu Monte Melkonyan Ermənistanda “milli qəhrəman” kimi təbliğ edilirlər. Njde və Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda dinc müsəlman əhaliyə qarşı törədilən soyqırım cinayətlərində birbaşa iştirak ediblər. Hazırda Ermənistanda “Njdeizm” adlı irqçi və neonasist ideologiya orta və ali məktəb proqramına daxil edilərək təbliğ olunur. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov