Xəbər lenti



Rusiya yaxın iki həftə ərzində Suriyaya S-300 zenit raket kompleksləri verəcək.

 

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

Qeyd edək ki, İl-20 kəşfiyyat təyyarəsinin Suriyanın Latakiya bölgəsində vurulmasının günahını İsraildə görən Rusiya buna qarşı addım atacağını bildirmişdi.

İsrail bundan öncə Rusiyadan Suriyaya S-300 kompleksləri verməməsi üçün xahiş etmişdi. Rusiya İsrailin xahişinə cavab olaraq, Suriya ilə müqaviləni pozmuş və S-300-lərin tədarükünü dayandırmışdı.

***

İsrailin fəaliyyəti Rusiyanı Suriyada adekvat addımlar atmağa məcbur edib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

“İsrail təyyarələri vəziyyəti bildikləri halda Rusiya təyyarəsinin yanında gizləniblər, bu da öz növbəsində İl-20-nin vurulmasıyla nəticələnib. Məhz bu bizi Rusiya hərbçilərinin təhlükəsizliyini gücləndirməyimiz üçün adekvat addımlar atmağa məcbur edib”, – deyə o bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov