Xəbər lenti



İranın Xuzistan, Əlborz və Mazandaran əyalətlərində son 1 həftədə saxta içkidən həyatını itirənlərin sayı 67 nəfərə çatıb.

 

Bizimaz.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli İlsanpur açıqlama verib. Onun sözlərinə görə, 6 mart tarixindən bəri saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.

"Bəzi işbazlar spirtin koronavirusa təsir etdiyinə dair şayiələr yayıb. Spirt koronavirusun müalicə mərhələsində heç bir işə yaramır", - deyə İhsanpur bildirib.

Əhvaz şəhərinin baş prokuror əvəzi Əli Beyranvənd isə saxta içkiyə görə 17 nəfərin saxlanıldığını elan edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov