Bizimaz.az: ,
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İsrailin baş naziri
Benyamin Netanyahunun ikitərəfli diplomatik münasibətlərin olmadığı Körfəz ölkəsi Omana ilk dəfə rəsmi səfər edərək sultan Kabus bin Səid ilə görüşməsinə münasibət bildirərkən bu cür bəyanat verib.
“Müsəlman ölkələri Ağ Evin təzyiqi altında İsrailin regionda yeni problemlər icad etməsi üçün əlverişli zəmin yaratmamalıdırlar.
Donald Tramp administrasiyası və Ağ Evdəki yəhudi lobbisi İsraillə diplomatik münasibətləri normallaşdırmaları üçün müsəlman ölkələrinə təzyiq edirlər. Əgər bu tələblər qəbul edilərsə, təzyiqlər daha da artacaq və Fələstin xalqının hüquqlarının gözardı edilməsində onlara cəsarət verəcək” – Qasımi vurğulayıb.