Xəbər lenti



Gürcüstanda prezident seçkiləri başlayıb.
Bizimaz.az: səsverməyə yerli vaxtla saat 8:00-da start verilib. 

Prezidentlik uğrunda 25 namizəd mübarizə aparır. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb. İki nəfər seçki marafonunda mübarizəni dayandırıb. 

Ekspertlərin fikrincə, seçkidə əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və AvropaGürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Seçki ilə əlaqədar 3730 seçki məntəqəsi yaradılıb. Onlardan 55-xarici ölkələrdə yerləşir. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Xaricdə 14 min 795 seçici qeydiyyata alınıb. Seçki bülletenləri gürcü, Azərbaycan və erməni dillərində çap olunub.

Qeyd edək ki, Gürcüstanda prezident 6 il müddətinə seçiləcək.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov