Bizimaz.az: “Reuters”ə istinadən xəbər verir ki, bunu
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Bəhreyndəki “Manama Dialoq Sammiti”ndə çıxışı zamanı deyib. Bildirib ki,
ABŞ jurnalistin qətlində məsuliyyət daşıyanlara qarşı adekvat tədbirlər görəcək.
“Sülhə olan ortaq maraqlarımız və insan hüquqlarına sarsılmaz hörmətimizdən çıxış edərək deməliyəm ki, Camal Kaşoqinin diplomatik qurumda öldürülməsi bizim hamımızı ciddi narahat etməlidir. İstənilən millətin beynəlxalq normalara və qanunun aliliyinə riayət edə bilməməsi ən çox ehtiyac duyulduğu bir vaxtda regional sabitliyi sarsıdır” – Mettis vurğulayıb. Lakin bununla belə, Pentaqonun rəhbəri
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin adını çəkməyib.
Çıxışı zamanı Mettis həmçinin,
İranın regiondakı fəaliyyətinə də toxunaraq, Tehrandakı rejimi Yaxın Şərqdə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə,
Bəşər Əsədin hələ də
Suriyada hakimiyyətdə qalmasında məhz
İran və Rusiya günahkardırlar.