Əpl (Apple) şirkəti milli valyutaların dollar qarşısında kəskin zəiflədiyi bir sıra ölkələrdə Ayfon smartfonlarının qiymətini aşağı salmaq istəyir.
Bizimaz.az. xəbər verir ki, bu barədə “Əpl” şirkətinin rəhbəri Tim Kuk danışıb.
Şirkət bununla bağlı bir sıra bazarlarda makroiqtisadi şərtləri təhlil edib. Nəticədə satışların artırılması üçün qiymətlərin ötənilki yerli qiymətlərlə əvəz edilməsi qərarı verilib.
Qeyd edək ki, milli valyutanın dollar qarşısında kəskin ucuzlaşması Türkiyə, Rusiya və Braziliyada müşahidə olunub.
istinad