Xəbər lenti



“Qlobal Finans” jurnalı ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.

 

Bizimaz.az xəbər verir ki, jurnalın hazırladığı siyahıda 128 ölkənin adı yer alıb. Reytinqin tərtib edilməsi zamanı daha çox silahlı konflikt yaranma ehtimalı, vətəndaşların şəxsi təhlükəsizlik səviyyəsi, həmçinin təbii fəlakət yaranma riskləri, terrorizm, cinayətkarlıq səviyyəsi əsas götürülüb.

Hazırlanan reytinqdə ən təhlükəsiz ölkə olaraq İslandiya seçilib. İlk onluqda İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya yer alıb.

Ən təhlükəli ölkə olaraq Qvatemal, Yəmən və Filippin seçilib.

İran 77-ci, Türkiyə 107-ci pillədə göstərilib.

MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Astana siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.

Türkmənistan və Özbəkistan reytinq cədvəlinə daxil edilməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov