Xəbər lenti


“Economist İntelligence Unit” mütəxəssisləri yaşayış üçün yararlılığı və rahatlığı baxımından şəhərlərin reytinqini hazırlayıb.

 

Araşdırma zamanı dünya üzrə 140-dan çox şəhər təhlil edilib, həmçinin, stabillik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil səviyyəsi və infrastruktur kimi müxtəlif meyarlar üzrə dəyərləndirmə aparılıb.

Bizimaz.az Oxu.Az-a istinadən bildirir ki,  yaşayış üçün ən yaxşı 10 şəhər haqqında sizi məlumatlandıracaq.

10. Adelaida, Avstraliya

Bal: 96.6

Adelaida Cənubi Avstraliya ştatının administrativ mərkəzi və ən böyük ştatı, ölkənin beşinci ən böyük şəhəridir. Hazırda Adelaida festivalları, çaxırı, incəsənəti və idman nailiyyətləri ilə məşhurdur.

Cənubi Avstraliyanın idarəetmə və kommersiya mərkəzi olan Adelaidada çox sayda dövlət və maliyyə müəssisələri yerləşir. Onların çoxu şəhərin mərkəzində, həmçinin, şəhər kənarında qərarlaşıb.

9. Kopenhagen, Danimarka

Bal: 96.8

Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Danimarkanın mədəni, iqtisadi və idarəetmə mərkəzidir. Həmçinin, burada Kopenhagen fond birjası yerləşdiyinə görə Şimali Avropanın ən böyük maliyyə mərkəzlərindən biridir.

Kopenhagenin iqtisadiyyatı xidmət sektorunda, informasiya texnologiyası, tibb və təmiz texnologiya sahələrində sürətlə inkişaf edib.

7. Tokio, Yaponiya

Bal: 97.2

Tokio Yaponiyanın paytaxtı, administrativ, maliyyə, sənaye və siyasi mərkəzidir. Tokio Yaponiyanın başlıca iqtisadi mərkəzidir. Şəhərdə intellekt, informasiya və xidmət sahələrində çalışan qabaqcıl müəssisələr yerləşir.

Tokio fond birjasının üzvü olan şirkətlərin təqribən 90 faizinin baş nümayəndəlikləri məhz paytaxtda yerləşir.

7. Toronto, Kanada

Bal: 97.2

Toronto Kanadanın ən böyük şəhəri, Ontario əyalətinin administrativ mərkəzidir. Toronto “qızıl nal” adlı yeddi milyon əhalisi olan və Ontario gölünün qərb hissəsində yerləşən sıx məskunlaşmış regionun bir hissəsidir. Kanada əhalisinin təqribən üçdə biri Torontonun 500 km ətrafında yaşayır. Kanada iş yerlərinin altıda bir hissəsi bu şəhərdə yerləşir.

6. Vankuver, Kanada

Bal: 97.3

Vankuver Kanadanın qərbində yerləşən şəhərdir, Britaniya Kolumbiyası əyalətinin ən iri və Kanadanın üçünçü ən böyük yaşayış məntəqəsidir. Nəqliyat təminatı, yaşayış komfortu buraya daha çox mühacir axınına səbəb olur ki, onların da çoxu cənub-şərqi Asiyadandır.

Vankuver ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Şəhərin limanı Kanadada ən böyük limandır, müxtəlifliyi ilə seçilir və illik ticarət dövriyyəsi 75 milyard Kanada dolları təşkil edir.

5. Sidney, Avstraliya

Bal: 97.4

Sidney Avstraliyanın ən böyük və ən qədim şəhəridir. Sidney şəhəri opera teatrı, Harbor-Bric körpüsü və çimərlikləri ilə məşhurdur. Sidneyin yaşayış kvartalları milli parklarla əhatələnib.

Sidney dünyanın ən çoxmədəniyyətli və çoxmillətli şəhərlərindən biridir. Bu da onunla əsaslanır ki, şəhər Avstraliyaya daimi yaşayış üçün gələn miqrantların əsas məskənidir.

4. Kalqari, Kanada

Bal: 97.5

Kalqari Kanadanın Alberta əyalətində yerləşən şəhərdir. Bu şəhər, əsasən, neft sənayesi, kənd təsərrüfatı və turizmlə məşhurdur.

Ən iri neft-qaz şirkətləri BP, “EnCana”, “İmperial Oil”, “Suncor Energy”, “Shell Canada”, “TransCanada” və “Nexen”dir. Beləliklə, Kalqaridə Kanada neft və təbii qaz istehsalçılarının 87 faizinin və kömür çıxaran müəssisələrin 66 faizinin idarəetmə mərkəzləri yerləşir.

3. Osaka, Yaponiya

Bal: 97.7

Osaka əhalisinin sayına görə Yaponiyanın üçüncü şəhəridir. Şəhərdə il ərzində 912 milyon sərnişinə xidmət göstərən metropoliten fəaliyyət göstərir ki, bu da onu dünyanın ən iri metropolitenlərindən biri edir.

Osaka ölkənin ən iri kommersiya və sənaye mərkəzidir. Bütün dünyadan gəmiləri qəbul edən ölkənin ən böyük limanlarından biri məhz bu şəhərdə yerləşir. Bir çox Yaponiya şirkəti bu şəhərdə yaradılıb.

2. Melburn, Avstraliya

Bal: 98.4

Melburn böyüklüyünə görə Avstraliyanın ikinci ən böyük şəhəridir, Viktoriya ştatının paytaxtıdır. Şəhər Avstraliyanın əsas kommersiya, sənaye və mədəniyyət mərkəzlərindən biridir.

Melburnu tez-tez şəhərin “idman və mədəniyyət paytaxtı” da adlandırırlar, belə ki Avstraliyanın bir çox idman və mədəniyyət tədbirləri bu şəhərdə təşkil edilir.

1. Vyana, Avstriya

Bal: 99.1

Vyana Avstriyanın federal paytaxtı və eyni zamanda, Avstriyanın doqquz federal torpaqlarından biridir. Vyana Aşağı Avstriya federal torpağında yerləşir. 

Vyana BMT-nin Nyu-York və Cenevrədən sonra üçünçü iqamətgah şəhəridir. Vyana beynəxalq mərkəzi (digər adla UNO-City) Atom enerjisi üzrə beynəlxalq agentlik, BMT-nin Narkotik və cinayət idarəsi, BMT-nin sənaye inkişafı üzrə təşkilatlarını özündə birləşdirir.

Vyanada Neft ixrac edən ölkələr birliyi (OPEC), ATƏT kimi beynəlxalq təşkilatların mənzil-qərargahları yerləşir.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov