Xəbər lenti

Soyuq havada 11 nəfər öldü
 

ABŞ-da soyuq hava ilə əlaqədar 2 gündə 11 nəfər ölüb.

 

Bizimaz.az xarici mediaya istinadən xəbər verir ki, 25 ilin ən soyuq günlərinin yaşandığı ABŞ-ın bəzi ştatlarında temperatur mənfi 40 dərəcəyə enib.

Qütb soyuqları səbəbindən bəzi ştatlarda dövlət qurumlarında tətil elan edilib. Bu gün Ayova ştatında yollardakı qar və buz yol nəqliyyat hadisələrinə səbəb olub. Təkcə Ayova ştatında 2 nəfər donaraq dünyasını dəyişib.

Nyu Cersi ştatında məktəblərdə dərslər həmişəki vaxtdan gec başlayıb. Miçiqan ştatında isə soyuq hava ilə əlaqədar dövlət qurumlarında tətil elan edilib.

Mütəxəssislər yaşlı və xəstə insanların məcbur qalmadıqları halda evdən çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov