Xəbər lenti

10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.

Trend-in məlumata görə, bunu Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.

Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:

"Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib".

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır

İranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov