Xəbər lenti

Bu gün göyərtəsində partlayıcı qurğu olması barədə məlumatın daxil olduğu “Singapore Airlines” şirkətinə məxsus təyyarə təcili Çanqi hava limanına enib.

 

Bizimaz.az:  göyərtəsində 263 nəfər sərnişin olan və Mumabaydan gələn “Boinq 777-300ER” təyyarəsi havaya qalxdıqdan dərhal sonra göyərtəsində bomba olması barədə məlumat daxil olub. Sinqapur hərbi-hava qüvvələrinin iki qırıcısının müşayiəti ilə Çanqi hava limanına endirilən təyyarədə yoxlamalar aparılıb. Uşaqlı qadın yoxlamanın davam etdirilməsi üçün saxlanılıb, qalan sərnişinlər isə əlavə yoxlamadan sonra sərbəst buraxılıb.

İlkin məlumatlara görə, partladıcı qurğunun olması barədə məlumatın yalan olduğu bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov