Xəbər lenti



Dünyanın ən yaxşı müəllimi” seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub.

 

Bizimaz.az xəbər verir ki, sözügedən mərasim Dubayda keçirilib.

Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.

36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.

Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu "dünyanın ən yaxşı müəllimi” titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb.

Sözügedən mükafat həm də "Təhsil Nobeli" kimi tanınır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov