Əməkdar artist Röya Ayxan "Crystal Hall"da konsert verəcək.
Bizimaz.az axşam.az-a istinadən bildirir ki, bu haqda müğənni "Gün başladı" verilişində qonaq olarkən deyib. Röya bildirib ki, 2 ildir bu konsertə hazırlaşır:
"Konsert oktyabrda olacaq. Emin Kərimi və başqa musiqiçilərlə çalışacağıq. Bu, mənim ən böyük arzum idi. Neçə ildir buna hazırlaşıram. İki ildir bütün xarici ölkələrlə danışıqlar gedir. Ən yaxşılarını seçdik.
Elə edəcəm ki, konsertdən heç kim gözünü çəkə bilməyəcək. Tək rəqqaslar olmayacaq. Elə şounu Londondan gətirəcəm. Danışmaqla olmur, onu görmək lazımdır.
Səhnədə işıqların şousu dəhşət olacaq. Ondan təkcə Beyonsda olub. "Crystal hall" böyükdür və gözəldir. Orada konsertlər olub, Allah hamıya qismət etsin. 17 min yerdir, doldurmaq çətindir".