Rusiyada “VK Music” xidməti 2021-ci ilin yekunlarını açıqlayıb. VK-nın press-relizinə görə, “HammAli & Navai”nin “Ptiçka” mahnısı “İlin mahnısı” seçilib.
Qeyd edək ki, rep qrupunun ifaçıları HammAli (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov) əslən azərbaycanlıdırlar.
“HammAli & Navai” rep dueti 2016-cı ilin iyun ayında yaranıb. Rusiyada tanınan və sevilən qrup 2020-ci ildə “Novoe Radio Awards”da “Ən yaxşı qrup” mükafatına layiq görülüb.
“VK Music” versiyasına görə digər qaliblər aşağıdakılardır:
“İlin artisti” - Morqenştern;
“İlin albomu” – “Million Dollar: Business” (Morqenştern);
“İlin Morqenşterni” - Artur Pirojkov;
“İlin artisti” - Zivert;
“İlin qrupu” - “Artik & Asti”;
“İlin əcnəbi artisti” - Maneskin;
“İlin mahnısı” – “Ptiçka” (“HammAli & Navai”);
“İlin repiti” – “Baby Mama” (Skriptonit, Rayda);
“İlin kuratoru” – “Rodnoy zvuk”;
“İlin musiqi icması” - “Tixoye Mesto”, “Rifmı i Pançi”, “Storona”;
Bundan əlavə, xidmət ilin ən populyar 30 mahnısının pleylistini yaradıb.
“VK Music” bütün VK musiqi məhsullarını - sosial şəbəkələrin musiqi bölmələrini, paylaşılan kontent kitabxanasını, musiqiçilər və leyblər üçün məhsulları, ümumi tövsiyə texnologiyalarını və ayrıca mobil proqramları birləşdirir.