Xəbər lenti



Məşhur amerikalı aktrisa, müğənni və model Zendaya “Hörümçək adam: Evə yol yoxdur” (“Spider-Man: No Way Home”) filminin Los-Anceles premyerasında açıq-saçıq görünüşü ilə göz qamaşdırıb.

Onun “qırmızı xalı”ya çıxdığı dərin dekolteli geyimində ən çox diqqət çəkən məqam isə nazik geyimin üzərindəki tor printi olub.

 

Üzündəki maskanı təqdimatdan sonra çıxaran aktrisa möhtəşəm makiyajı ilə də bütün nəzərləri öz üzərinə toplayıb.

Sosial şəbəkə istifadəçiləri aktrisanın görünüşünü birmənalı qarşılamayıb. Bəziləri onun çox açıq-saçıq geyimini tənqid ediblər və onsuz da gözəl olan ulduzun buna ehtiyacı olmadığını bildiriblər. Əksəriyyət isə Zendayanın çox zərif göründüyünü və möhtəşəm qadın olduğunu bildiriblər.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov