Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.

 

Bizimaz.az xəbər verir ki, 51 yaşı tamam olan sənətçi fanatlarını sevindirib.

Kazımova “Nirvana” mahnısına çəkilən yeni klipini təqdim edib. Bu haqda Xalq artisti sosial şəbəkə hesabında məlumat verib. 

İfaçı yeni klipinin görüntüləriə "Özəl günümdə sizə özəl “Nirvana”" sözlərini də əlavə edib. Mahnının musiqisi Sutkov Vladimir Vladimiroviçə,  sözləri isə Qredin Maksim Aleksandroviçə aiddir.

Ekran işinin rejissoru Əli Abbasovdur. 

Klip Kazımovanın şəxsi yutub kanalına yerləşdirilib.

 

VİDEO