Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni paylaşım edib.
Bizimaz.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında yeni video yayımlayıb.
Roya videoda yeganə övladı Hüseynin uşaqlığından danışıb. O oğlununun körpə olanda Xalq artsiti Məleykə Əsədovanın mahnısına qulaq asdığını bildirib:
“Hüseyn 6 aylığından bir yaşına qədər Xalq artsiti Məleykə Əsədovanın “Bu naz yaraşır” mahnısına qulaq asıb.
Hüseyn ancaq bu mahnı ilə yemək yeyirdi. Hər birimizin övladı körpə olanda mütəmadi qulaq asdığı mahnılar var.
Bəzilərinə hətta cizgi filmi göstərirlər. Bu gün oğluma onun uşaqlıq vaxtlarından danışdım. Əziz valideynlər hərdən övladınıza onun uşaqlıq illərindən danışın.
Bu onlar üçün çox maraqlıdır. İndi oğlum futbola baxır. Uşaqlıqdan atamın davalarını görmüşəm, necə qışqırırdı futbolu izləyəndə... sonra həyat yoldaşımın futbol sevgisini görmüşəm”.