Xəbər lenti




Müğənni Nigar Camal görüntülərindən istifadə edərək öz məhsulunu reklam edən şirkətdən şikayətçi olub.
Bizimaz.az “Qafqazinfo”ya istindən xəbər verir ki, sənətçinin sosial şəbəkədə yaydığı məlumata əsasən, o, dələduzluğa məruz qalıb:
“Bir neçə gündür sosial şəbəkələrdə mənim videomdan istifadə edilərək qumar oyunu reklam olunur. Dələduzluqla məşğul olan bu “application” sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir. Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırırıq. Sözügedən reklamın mənimlə heç bir əlaqəsi yoxdur.
İcazəsiz formada görüntülərdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq”.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov