Oğlu İdonun can güvənliyinin təhlükə altında olduğunu iddia edərək İbrahim Tatlısəs polisdən yardım istəyib.
bizimaz.az Usta sənətkar İbrahim Tatlısəs, şirkətə zəng edib “Oğlun İdonu öldürəcəyik” təhdidli zəngdən sonra, bununla bağlı polisə şikayət edib.
İbrahim Tatlısəsin şirkətinə naməlum nömrədən zəng gəlib, bu halın tez-tez təkrarlanmasından narahat olduqdan, əvvəlcə mediaya məlumat yayıb. Sənətkar bildirir ki, belə zəng əvvəllər də olub, lakin əhəmiyyət verməyib.