Xəbər lenti


Ötən ilin mart ayından Rusiyaya köçən müğənni Fədayə Laçın sosial şəbəkədəki hesabında paylaşdığı fotosu ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Fədayə Laçın “Instagram” hesabında yeni fotolarını yayıb.

Fotolarda müğənni fərqli görüntülərlə diqqələri cəlb edib. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı şərhlərlə yadda qalıb.

Həmin fotoları təqdim edirik:



“İtirdiklərimiz, tapdıqlarımız oldu. Biz buna öyrəşən insanlarıq. Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki... Qurbanlar vermişəm. Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq olsun. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Mən evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən mənim köməkçim imiş. Evdə əvvəllər qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş”.

Bizimaz.az  xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “MTV özəl” proqramında qonaq olarkən  deyib. Sənətçi 2020-ci il barəsində danışaraq pandemiya dövründə evini kəşf etdiyini bildirib.

Bundan əlavə, Xalq artisti fikrindən daşındığını, ömrünün sonunadək səhnədən getməyəcəyini söyləyib: “Elə bir sevginin içindəyəm ki, haqqım yoxdur buradan getməyə. Arada fikirləşirdim ki, qocalanda oxumayacam, səhnədən gedəcəm. İndi isə deyirəm ki, yox. 70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, acığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan. Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlük indi həyasızlıqla eyniləşdirilir. Guya sözün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Mən bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil. 2020-ci ildə instaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı. İyrəndim! Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Mənim auramı pozdular. Ay bu saçdan məndə də var, sən niyə etmisən?

Üzüyümdən Aygün Kazımovada var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki... Bir rejissorla, bəstəkarla hamı ilə çalışa bilər. Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək. Bir də ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm. Ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm". 

Müğənni insanlarla əlaqəni tez kəsdiyini, unutmaq mövzusunda problem yaşamadığını bildirib: “Hissləri təkrar yaşamıram. Hətta ayrıldımsa, bir daha o adamla barışmıram.  Bir həftə, 10 gün ərzində unuduram. Nə qədər sürətli sevirəmsə, elə də ayrılıram. Hətta sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam. Mən çox xoşbəxt insanam, insanları tez unuduram”.

R.Ayxan toyu barəsində maraqlı əhvalat da danışıb: “Toyuma öz dayımı çağırmamışdıq. Şəkillərə baxıram, anama deyirəm ki, altı bacının bir qardaşı var, niyə çağırmamışdız? Cavab verdi ki, birdən istəməzsən. Başım qarışıq idi, heç olmasa, qohumlarıma ailəm diqqət edərdi. Hətta ən yaxın dostum Zamiq Hüseynovu da toyuma çağırmamışdım. Yadımdan çıxmışdı. Eybi olmaz”.

 “Qafqazinfo”

2020-ci ilin bitməsinə sayılı günlər qalıb. Əvvəlki illərlə müqayisədə pandemiya ilə əlaqədar sənət aləmində çox az hadisələr yaşanıb. Amma yaradıcılığı ilə yanaşı tanınmışlar şəxsi həyatları, qalmaqallarıyla da gündəmə gəliblər. Onlar arasında boşanma xəbəri ilə 2020-ci ildə yaddaşlarda qalanlar da az olmayıb.

Ardını oxu...



ABŞ-ın Kaliforniya ştatında yerləşən və uzun illər amerikalı müğənni, mahnı müəllifi, prodüser və rəqqas Maykl Ceksona məxsus olan malikanə milyarder Ron Byorkla 22 milyon dollara satılıb. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov